Bezos “Amazon”un rəhbəri vəzifəsindən getdi

bezos-amazonun-rehberi-vezifesinden-getdi
Oxunma sayı: 2751

ABŞ-ın “Amazon” korporasiyasının yaradıcısı Ceff Bezos internet-riteylerin baş icraçı direktoru vəzifəsindən gedib.

Bu barədə “Qafqazinfo” şirkətin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, həmin vəzifəyə daha əvvəl “Amazon Web Services” servisinə rəhbərlik edən Endi Cessi gətirilib. Bezos Direktorlar Şurasının icraçı sədri olaraq qalır.