Biləsuvarda maşın aşdı, yaralılar var

bilesuvarda-masin-asdi-yaralilar-var
Oxunma sayı: 1708

Biləsuvar rayonunda avtomobil qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Kərgəlan kənd sakini Quluyev Fəzail Ələkbər oğlunun idarə etdiyi "Mitsubishi L200" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan üç sərnişindən ikisi müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar həkimlər tərəfindən müayinə olunub. Əl və qol nahiyələrində sıyrılmış və kəsilmiş yaraları olan xəstələrə həkimlər tərəfindən lazımi yardım göstərilib.

Surxay Şahbazov