Bina tikintisində beləsini ilk dəfədir görürsünüz... - Video

Bina tikintisində beləsini ilk dəfədir görürsünüz...
Oxunma sayı: 7446

Paytaxtın Səbail rayonunda köhnə binanın eyvanı yeni tikilən binanın içərisində qalıb. Burada həm təhlükəsizlik qaydaları, həm də tikinti şərtləri kobud şəkildə pozulub və tikili sakinlər üçün potensial təhlükə mənbəyinə çevrilib.

"Qafqazinfo"nun Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Səbail rayonu, Rastrapoviç küçəsindən gedir. Buradakı üçmərtəbəli köhnə bina Sovet dövründə tikilib. Təxminən 10 il öncə "Axundov Residence" adlı MTK tərəfindən burada 13 mərtəbəli yeni bina inşa edilməyə başlanıb. Əvvəlcə yeraltı qaraj adı ilə tikintiyə başlansa da, sonradan bu, çoxmərtəbəli binaya çevrilib.

Sakin Zemfira Məmmədova deyir ki, tikinti aparılan zaman bütün daş, qum, sement onların pəncərələrinə tökülür. Eyvanın qarşısındakı armaturlar isə potensial təhlükədir. Çünki külək zamanı eyvandan asılan paltarlar dəmir armaturlara ilişir. Ən qəribəsi isə binanın 2 balkonunun təzə tikilinin içərisində qalmasıdır.

Eyni problemi qonşu mənzilin sahibi Dinar Rəsulova da yaşayır. O da balkonundan istədiyi kimi istifadə edə bilmir. Bir neçə ildir ki, binanın tikintisi dayandırılıb. Səbəbsə vəsaitin olmamasıdır. 

Sakinlər vəziyyətlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin şikayəti dinlənilib, məsələ araşdırılır. Bununla bağlı müvafiq qurumlara müraciət ünvanlanacaq.

12 manat borcunu qaytarmayan qonşusunu necə öldürdüyünü danışdı