Binəqədidə 9 yaşlı oğlan və 16 yaşlı qız itkin düşüb

bineqedide-9-yasli-oglan-ve-16-yasli-qiz-itkin-dusub
Oxunma sayı: 1548

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 2 nəfərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, qəsəbə sakini İ.Həsənova 4-cü Polis Şöbəsində müraciət edərək onunla birgə yaşayan qardaşı qızı, 16 yaşlı A.nın evdən çıxaraq getdiyini və geri qayıtmadığını bildirib.

Bundan başqa, Rəsulzadə qəsəbə sakini olan T.Bəkirov da dünən 7-ci Polis Bölməsinə müraciət edərək 9 yaşlı oğlunun dekabrın 25-də axşam saat 22 radələrindən itkin düşməsi barədə məlumat verib.

Hər iki müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.