Birinci xanım Ağaxan Abdullayevlə vida mərasimində - Fotolar

birinci-xanim-agaxan-abdullayevle-vida-merasiminde
Oxunma sayı: 5177

Suraxanı Mədəniyyət Evində dekabrın 25-də dünyasını dəyişmiş Xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayevlə vida mərasimi keçirilir.

"Qafqazinfo" AzVision.az-a istinadən xəbər verir ki, vida mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış şəxslər, mərhumun qohumları və ailə üzvləri iştirak edirlər.

Mərhum xanəndə vida mərasimindən sonra Türkan qəbiristanlığında torpağa tapşırılacaq.