Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.
Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
***
Metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
***
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yük avtomobilinin aşması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
Qeyd edək ki, bu ilin aprel ayında da həmin ərazidə oxşar hadisə baş verib.


Son xəbərlər
Son Xəbərlər