“Biz bir millət, iki dövlətik” sözünü miras kimi nəsildən-nəsilə ötürəcəyik”

biz-bir-millet-iki-dovletik-sozunu-miras-kimi-nesilden-nesile-otureceyik
Oxunma sayı: 208

Türkiyənin Milli Müdafiə Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “X” hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda H.Əliyevin məşhur “Azadlıq və müstəqillik hər bir millətin milli sərvətidir” sitatı yer alıb.

“Azərbaycanın Ümummilli Lideri mərhum Heydər Əliyevi vəfatının 22-ci ildönümündə rəhmət və hörmətlə yad edirik.

Mərhum Əliyevin “Biz bir millət, iki dövlətik” sözünü miras kimi nəsildən-nəsilə ötürəcək, hər zaman Azərbaycan türkü qardaşlarımızla birlik və bərabərlik içərisində olmağa davam edəcəyik”, - paylaşımda deyilir.