Bizim Market və Novas Home möhtəşəm endirimlə yeni mağazasını açdı - Fotolar

bizim-market-ve-novas-home-mohtesem-endirimle-yeni-magazasini-acdi
Oxunma sayı: 14030

Azərbaycanın ilk supermarket şəbəkələrindən olan Bizim Market və ölkənin ən böyük ev əşyaları mağazalar şəbəkəsi olan Novas Home daha bir mağazasını müştərilərin ixtiyarına verib. Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən mağazanın açılışı münasibəti ilə 3 gün müddətində, 3-5 dekabr tarixlərində 100-lərlə məhsula 60%-dək endirim kampaniyası keçirilir. Kampaniyada istər qida məhsulları, istərsə də qeyri - qida və ev əşyaları yer alır.

3500 kv metrdən ibarət olan mağazada qida məhsulları, ev əşyaları, təmizlik vasitələri, kiçik məişət texnikası, mebel, bağ bağça, suvenir - dekor və digər məhsullar satılır.

22 ildir müştərilərin xidmətində olan “Bizim Market”in Neftçilər Metrosu yaxınlığında olan daha bir mağazası müştərilərin ixtiyarına veriləcək.

Ətraflı: *2323