Bolqarıstanda Rusiyaya casusluqda şübhəli bilinən şəxslər saxlanıldı

bolqaristanda-rusiyaya-casusluqda-subheli-bilinen-sexsler-saxlanildi
Oxunma sayı: 686

Bolqarıstanda Rusiya üçün casusluq etməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “BNT” telekanalı məlumat verib.

Kanalın məlumatına görə, Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində Sofiyanın cənub bölgələrində və Pernik yaxınlığında bir neçə ünvanda axtarışlar aparılıb, bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslərin kimliyi və sayı barədə məlumat verilməyib.

Prokurorluq və Bolqarıstan Daxili İşlər Nazirliyi həbslər barədə məlumatları təsdiqləməsələr də, kanalın məlumatını inkar etməyiblər.

“24 saat” qəzetinin mənbələri saxlanılanlar arasında rusların olmadığını bildirib. Onların sözlərinə görə, saxlanılan şəxslərin bir qismi gizli məlumatlara sahib olan aktiv dövlət qulluqçuları olub.