“Qəzzafi həyatımı məhv etdi” - Şok

qezzafi-heyatimi-mehv-etdi-sok
Oxunma sayı: 718

“Qafqazinfo”nun 2004-cü ildə hələ 15 yaşındaykən oxuduğu məktəbə gələn Liviya diktatoru tərəfindən “seçilən” Safiyə saraya dəvət edilibmiş.

Bir qəhrəman sandığı “Rəhbər”lə tanış olacağı üçün sevinən gənc qızın kabus dolu 5 ili gözyaşları içində “zorla seksual paltarlar geyinib rəqs etməsiylə” başlayıb. Qəzzafi tərəfindən
davamlı olaraq təcavüzə məruz qalan, sadist hərəkətləri üzündən tez-tez qanaxma keçirən Safiyənin faciəsini sarayda əsir həyatı yaşayan 18-19 yaşlarıdakı 20-yə qədər qız da paylaşırmış.

Kokain aludəçisi olduğu söylənən Qəzzafinin təzyiqi ilə zorla yüksək dozada narkotika qəbul edən Safiyə xəstəxanaya aparılıbmış. Dəvət olunan xarici manikenlərə çamadan dolusu pul hədiyyə edilən tədbirlərdə Afrika dövlətlərinin 2 başçısı də əsir qadınlara təcavüz etdiyini deyən Safiyə, Qəzzafinin ailəsinin baş verənləri görməməzliyə vurduğunu bildirib.


Safiyə 2009-cu ildə dördüncü dəfə cəhd etdikdən sonra ailəsinin yardımıyla saraydan qaçırılaraq Fransaya aparılıb. Fransadan sonra Tunisə sığınan Safiyə üsyanlar başlayandan sonra ölkəsinə qayıdıb. Ailə qurduğu həyat yoldaşı üsyançılara qoşulub və döyüşlərdə ağır yaralanıb.

Safiyə Qəzzafinin linç edildiyi görüntülərə baxarkən, “Bir anlıq zövq aldığını” etiraf etsə də, diktatorun mühakimə olunmasını istədiyini söyləyib: “Qarşısına çıxıb, gözlərnin içinə baxıb, bunları mənə niyə elədin, demək istəyərdim?”