Ramil Usubov Əli Həsənovun qaynını rəis təyin etdi

ramil-usubov-eli-hesenovun-qaynini-reis-teyin-etdi
Oxunma sayı: 1463

Bundan əvvəl Binəqədi Polis Idarəsinin 5-ci bölməsinin rəisi olmuş Cəbrayıl Vəliyevin yeni posta təyin edilməsində də bu amil mühüm rol oynayıb. Əli Həsənov Ramil Usubovun da təmsil olunduğu PA rəhbəri Ramiz Mehdiyevin qruplaşmasına daxildir. Cəbrayıl Vəliyevin əvəz etdiyi şəxsə - Saatlının sabiq polis rəisi Ağəli Xəlilova gəlincə, o, deputat Rüstəm Xəlilovun qardaşıdır. Məlumatlara görə, Xəlilovlar fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs hesab edilirlər. Ehtimal olunur ki, Ramil Usubovun Ağəli Xəlilovu işdən uzaqlaşdırmasının kökündə bu fakt dayanır. Yəni, daxili işlər naziri rəqib qruplaşmanın üzvünü özünün təmsil olunduğu qrupun üzvü ilə əvəzləyib.

Azadlıq qəzeti