Britaniya Sunakın əvəzlənməsini müzakirə edir

britaniya-sunakin-evezlenmesini-muzakire-edir
Oxunma sayı: 2772

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının nümayəndələri Baş nazir Rişi Sunakın əvəzlənməsini müzakirə edirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, Britaniya hökumətinin üzvləri son vaxtlar Sunakın 2025-ci ilin yanvarına qədər keçirilməsi planlaşdırılan parlament seçkilərinə qədər dəyişdirilməsi imkanını getdikcə daha çox müzakirə ediblər.

Qeyd olunur ki, bu cür müzakirələr Sunakın tez siyasi qərarlar qəbul etmək iqtidarında olmadığını göstərən “səhvlər silsiləsi”ndən sonra başlayıb.