Britaniya Yaxın Şərqə əlavə qüvvə yerləşdirir

britaniya-yaxin-serqe-elave-quvve-yerlesdirir
Oxunma sayı: 2553

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə aid əlavə təyyarələrini Yaxın Şərqə yerləşdirir.

“Qafqazinfo” xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps “X”də açıqlayıb.

Nazir Yaxın Şərqə əlavə “RAF” təyyarələri və havada yanacaq dolduran tankerlərin yerləşdirildiyini bildirib:

“İranın İsrailə qarşı başlatdığı mənasız hava hücumunu şiddətlə qınayıram. Bu hücum yalnız regional təhlükəsizliyi daha da zəiflədəcək”.

İngiltərənin gərginliyin daha da artmasının qarşısını almaq üçün İsrail və bölgədəki tərəfdaşları ilə işləməyə davam etdiyini qeyd edən Şapps sülh və sabitliyin hər kəsin xeyrinə olduğunu vurğulayıb:

“Bölgədəki eskalasiyaya cavab olaraq Baş nazir Rişi Sunakla birgə “RAF” aktivlərinin yerləşdirilməsinə icazə verdik. Bundan əlavə, bu reaktivlər lazım gəldikdə hazırkı missiyalarımızın əhatə dairəsi daxilində havadan hücumların qarşısını alacaq”.