“Bu adamlar xaricdən gətirilib məsuliyyətə cəlb olunmalıdır”

bu-adamlar-xaricden-getirilib-mesuliyyete-celb-olunmalidir
Oxunma sayı: 2985

“Ekstradisiya məsələsindən danışmaq istərdim. Dünyada ekstradisiya olunma daha da ciddiləşdirilməlidir. Azərbaycan əleyhinə iş aparanlar, ölkəmizdə silahlı münaqişəyə, vətəndaş qarşıdurmasına çağıranlar, Azərbaycanın işinə böhtan atanlar var”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.

“Bəziləri qeyd edirlər ki, guya ermənilərin Xankəndidə və başqa yerlərdə qalan əmlakı dağıdılır. Hansı ki, hamısı möhürlənib və qorunur. Bu adamlar xaricdən gətirilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmin dövlətlər qarşısında məsələni kəskin qoymalıyıq. Rusiya ayrı-ayrı dövlətlər qarşısında kəskin məsələ qoyub ki, terror törədənlər və ona dəstək verənlər ekstradisiya olunmalıdır. Biz də bu məsələni qaldırmalıyıq. Yox əgər siz bu cür mənəvi terrorla məşğul olanlara himayəçilik edirsinizsə, biz də sizinkilərə o cür himayəçilik edəcəyik” ,- deyə deputat vurğulayıb.

Zaur Mirzə