Bu akademiyaya kursant qəbulu elan edilir - Video

bu-akademiyaya-kursant-qebulu-elan-edilir
Oxunma sayı: 5460

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

“Qafqazinfo” xəbər verir ki, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.