“Bu, bölgədə sabitliyin qorunmasının vacib faktorudur”

bu-bolgede-sabitliyin-qorunmasinin-vacib-faktorudur
Oxunma sayı: 1680

“Bu, Hakan Fidanın son zamanlarda ölkəmizə 3-cü səfəridir. Bu səfər iki ölkə arasında gündəliyin nə qədər zəngin olmasının təzahürüdür”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, bu gün iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edilib: “Bu münasibətləri inkişaf etdirmək üçün çox sayda formatlar mövcuddur. Bu gün apardığımız görüşlər zamanı çoxtərəfli və beynəlxalq platformalarda işbirliyi barəsində müzakirələr apardıq”.

***

Ceyhun Bayramov daha sonra əlavə edib:

“Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının vacib faktorudur.

Bu gün, həmçinin 19-20 sentyabr tarixlərində antitteror tədbirləri nəticəsində suverenliyin bərpa olunmasından sonra atılan addımlar, geri qayıdış, bu istiqamətdə görülən işlər, mina təhlükəsi məsələlərini müzakirə etdik. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında tarixi fürsətin yaranmasına dair aramızda fikir birliyi var”.

Günel İbrahimova