Bu da yeni “iPhone” - “SE” adlanır

bu-da-yeni-iphone
Oxunma sayı: 6525

Dünyanın məhşur “Apple” markası bu gün keçirdiyi tədbirdə yeni “iPhone” modelini təqdim edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yeni model “iPhone SE”nin ekran böyüklüyü “iPhone 4”lə eyni ölçüdədir. 16 gb-lık modelin 399, 64 gb-lık model isə 499 dollardır.

Bu modellərdə əsas diqqət batareya xüsusiyyətlərinə yönəlib. “iPhone SE” gözlənildiyi kimi “iPhone 5” i xatırlatsa da, ancaq xüsusiyyətləri “iPhone 6s”ə yaxındır. Yeni modelin 31 martda satışa çıxarılacağı deyilir.

Aysel Kərimova