Bu əməliyyat canlı olaraq yayımlandı - Azərbaycanda ilk

bu-emeliyyat-canli-olaraq-yayimlandi
Oxunma sayı: 10020

Azərbaycanda ilk dəfə blefaroplastika əməliyyatını həkimlər canlı izləyib.

“Qafqazinfo” xəbər verir ki, “Miopiya və Lazer Mərkəzi”nin rəhbəri, Amerika Oftalmoloqlar Akademiyasının üzvü oftalmoloq-cərrah Günay Əliyeva və MESA Tədris Akademiyası “Estetik blefaroplastika” kursunda canlı cərrahiyyə əməliyyatını icra edib.

Belə ki, səhər saat 10:00-dan 18:00-dək keçirilən kursun ilk hissəsində dr.Günay Əliyeva kursda iştirak edən həmkarlarına gözün anatomiyası, üst və alt blefaroplastika əməliyyatlarının texnikaları haqqında təlim keçib. Kursun 2-ci hissəsində o, əməliyyatxanada 2 pasiyentin üzərində canlı cərrahiyyə əməliyyatlarını icra edib, əməliyyatlar canlı olaraq kursun keçirildiyi məkanda həkimlər tərəfindən izlənib.

Canlı əməliyyatları izləmək üçün 15 həkim 1 ay əvvəlcədən qeydiyyatdan keçərək iştirak hüququ əldə edib. Canlı cərrahiyyə iştirakçıları arasında Bakı, Naxçıvan, Gəncə, Şirvan və ölkənin digər şəhər və rayonlarından oftalmoloq və plastik cərrahlar iştirak edib.

Tədbirin sonunda iştirakçılara İSO 29993:2017 və İSO 9001:2015 standartlarına sahib sertifikatlar təqdim edilib. İştirakçıların fikrincə, bu kurs ölkəmiz adına görülən çox əhəmiyyətli bir yenilik idi, dr.Günay Əliyeva əsl “master-klass” göstərərək, yeni cərrahi üsullardan istifadə edib, həkimlərlə təcrübəsini bölüşüb. Bəziləri isə bunu “əvəzsiz elmi iş” adlandırıb və hər şeyin yüksək səviyyədə keçirildiyini bildiriblər.

Aylardan bəri canlı yayımda keçirəcəyi blefoplastika əməliyyatının həyəcanı ilə yaşayan oftalmoloq-cərrah Günay Əliyeva isə nəticədən çox razıdır.

“Hər zaman ölkədənkənar canlı cərrahi kurslarda iştirak edəndə arzu edirdim ki, ölkəmizdə də belə bir kurslar keçirək və həkimlərimiz yararlansın. Bu gün mən də Kaliforniya universitetindən, Amerika Oftalmoloqlar Akademiyasından, Amerikalı məhşur Plastik cərrahlardan qazandığım təcrübələrimi həkim həmkarlarımla bölüşdüm. Çox  şadam ki, hər şey mükəmməl təşkil olunmuşdu. Həkimlərimizin bu kursdan yararlandığına əminəm!”.

Qeyd edək ki, oftalmoloq-cərrah Günay Əliyeva təcrübəsini ABŞ-nin məşhur okuloplast - cərrahlarından olan, Los Angelesdə yerləşən “University of California”nın (UCLA) oftalmoloq-cərrahı Robert Golderg və ABŞ-nin Virciniya ştatında yerləşən “Niamtu Cosmetic Facial Surgery” klinikasının baş plastik cərrahı Joe Niamtudan alıb, onlarla birgə cərrahi əməliyyatlar icra edərək estetik-bleferoplastika üzrə sertifikatlaşıb.