Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Habelə Naxçıvan MR-də də bu ayın pensiya ödənişi həyata keçirilib.
Respublikamızın digər bölgələrində yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Son xəbərlər
Son Xəbərlər