Bu əsgər silahdaşları ilə birgə düşmənin 7 tankını məhv edib - Foto

bu-esger-silahdaslari-ile-birge-dusmenin-7-tankini-mehv-edib
Oxunma sayı: 15103

Müdafiə Nazirliyi işğalçı Ermənistan ordusuna ciddi zərbələr endirən Azərbaycan Ordusunun əsgərlərinin şücaəti ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda deyilir:

“Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.

O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!”