Bu filmdə təcavüz səhnələri real imiş... - Fotolar

bu-filmde-tecavuz-sehneleri-real-imis
Oxunma sayı: 12484

İtalyan rejissor Barnardo Bertoluccinin rejissorluq etdiyi “Last Tango in Paris” ( Parisdə son tanqo) filmi ilə bağlı bəzi detallar ortaya çıxıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1972-ci ilin istehsalı olan qalmaqallı layihədə təcavüz səhnələrinin real yaşandığı məlum olub. 

Bu barədə 72 yaşlı rejissor müsahibəsində bildirib.

O, aktyor Marlon Brandonun film çəkilişi zamanı Maria Maria Schneideri zorladığını iddia edib:

“Marianın təcavüz səhnələrində aktrisa kimi yox, gənc bir qız kimi rəftar etməsini istədim. Aşağılanması və acı çəkməsi lazım idi. Həmin səhnələr gerçək idi”.

Fransalı aktrisa isə filmdən sonra intihara cəhd etdiyini bildirib:

“O vaxtlar 19 yaşım var idi. Filmdə bu cür səhnələrin olacağından xəbərsiz idim. Həqiqi göz yaşları tökdüm. Filmdən sonra narkotik həblər içdim, intihar etmək istədim”.