“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibidir!

real-15-ci-defe-cempionlar-liqasinin-qalibidir
Oxunma sayı: 9718

Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda Madrid “Real”ı ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər.

Londondakı “Uembli” stadionunda baş tutacaq final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Real” Çempionlar Liqasında 14 dəfə qalib olub və bu baxımdan rekordçudur. “Borussiya” isə tarixində ikinci dəfə bu turnirin qalibi ola bilər.

Çempionlar Liqası
Final
1 iyun

23:00. Borussiya (Dortmund, Almaniya) – Real (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
London. “Uembli” stadionu.

***

Matç başladı.

***

Birinci hissə başa çatdı - 0:0

***
İkinci hissə başladı

***

"Real" finalda önə keçir. Dani Karvahal 74-cü dəqiqədə fərqlənir

***

"Real" artıq ikinci qolu vurur. Vinisius Junior 84-cü dəqiqədə fərqlənir

***

Matç bitdi. "Real" 15-ci dəfə Çempionlar Liqasını qazandı