Bu gündən tərxis başlayır - Sərəncam

bu-gunden-terxis-baslayir
Oxunma sayı: 9762

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Sərəncam imzalayıb. 

"Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycan Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmələri əksini tapıb.