“Bu il ATƏT-in Minsk qrupunun və onunla əlaqəli strukturların bağlanmasına nail olduq”.
“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir Azərbaycanla Ermənistan arasında etimad quruculuğu istiqamətində səylərin intensivləşdiyini vurğulayıb.
XİN rəhbəri bu xüsusda Ermənistana dəmir yolu ilə yüklərin daşınmasına məhdudiyyətlərin aradan qaldırılmasını, eləcə də Ermənistanın ölkəmizdən neft məhsullarının alışını xatırladıb.
Eyni zamanda C.Bayramov Azərbaycan və Ermənistanda iki ölkənin beyin mərkəzlərinin görüşlərinin təşkil edildiyini diqqətə çatdırıb.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər