Bu ölkəyə vizanı sərhəddə alacağıq

bu-olkeye-vizani-serhedde-alacagiq
Oxunma sayı: 5071

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov X hesabında paylaşım edib.

O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.

“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk”, - səfir yazıb.