“Bu proqram Azərbaycanda sıfırdan yazılıb”

bu-proqram-azerbaycanda-sifirdan-yazilib
Oxunma sayı: 3536

“Bu cür layihənin təqdim edilməsi birbaşa Azərbaycan Prezidentinin göstərdiyi dəstək nəticəsində mümkün olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransdan sonra jurnalistlərə açıqlamasında deyib.

İdarə rəisi bildirib ki, prokurorluq orqanları bu cür layihələrin hazırlanması zamanı beynəlxalq təcrübəyə istinad edir:

“Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti olduğuna görə layihənin hazırlanması zamanı dünya prokurorluqları ilə əlaqə saxladıq, onların da təcrübəsi ilə maraqlandıq. Hazırda təqdim olunan proqram da sırf Azərbaycanda sıfırdan yazılıb. Şadıq ki, artıq layihə böyük rəğbətlə qarşılandı”.

Sail Ağasəlim