Bu qar bir başqa qardır... - Fotolar+Video

bu-qar-bir-basqa-qardir
Oxunma sayı: 2168

Lənkəran və Lerikin yüksək dağlıq ərazilərində ötən gündən başlayan intensiv qar yağışı nəticəsində bir sıra yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsi məhdudlaşıb.

“Qafqazinfo” xəbər verir ki, kəskin hava şəraiti xüsusilə Lerik rayonunun mərkəzində və ətraf kəndlərdə hərəkəti çətinləşdirib.

Buna baxmayaraq, ağ örpəyə bürünən dağ kəndlərinin və meşələrin yaratdığı füsunkar gözəllik həm yerli sakinlərin, həm də təbiətsevərlərin marağına səbəb olub.

Həmin görüntüləri təqdim edirik: