Bu qədər vəsait səmərəsiz xərclənib

bu-qeder-vesait-semeresiz-xerclenib
Oxunma sayı: 1823

Başa çatdırılmış səmərəlilik auditləri və digər auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.

Belə ki, 1,1 milyon manat yararlılıq müddəti bitmiş və ya bitməyə az qalmış dərman və digər tibbi vasitələrin alınmasına, 42 milyon manat istifadəsiz qalmış avadanlıq və ya mallara, 24,6 milyon manat ehtiyac olmadığı halda fəaliyyətin və ya satınalmanın keçirilməsinə və s. xərclənib.

Zaur Mirzə