“Bu qərar Azərbaycan xalqının mövqeyi olacaq”

bu-qerar-azerbaycan-xalqinin-movqeyi-olacaq
Oxunma sayı: 1718

“İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib.

“Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək”, - Ə.Əhmədov vurğulayıb.

Baş nazirin sözlərinə görə, bu gün Azərbaycan dünyanın ən hörmətli dövlətlərindən biridir:

“Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin fəaliyyəti haqqında saatlarla danışmaq olar. Azərbaycan xalqı bu gün görülən işlərin şahididir. Prezident İlham Əliyev 20 illik fəaliyyəti ilə Azərbaycan xalqının arzu-istəklərini yerinə yetirib”.

Zaur Mirzə