“Bu təqdirdə Venesuelanın döyüş təyyarələri dərhal vurulacaq”

bu-teqdirde-venesuelanin-doyus-teyyareleri-derhal-vurulacaq
Oxunma sayı: 2006

ABŞ Prezidenti Donald Tramp Venesuela Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinə təhdid yaratması halında onların vurulması barədə əmr verdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, çıxışı zamanı bildirib ki, Venesuela aviasiyası hər hansı bir təhdid törədərsə, hərbçilər müvafiq addımları atmaqda sərbəstdirlər.

Tramp əlavə edib ki, amerikalılar təhlükəyə düşəcəyi təqdirdə Venesuelanın döyüş təyyarələri dərhal vurulacaq.