Masallı Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı olub.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vəzifəyə Xanbaba Hüseynov təyin olunub.
O, ixtisasca nefroloqdur.
Qeyd edək ki, tibb müəssisəinin eks-baş həkimi Rasim Əzizov bir müddət əvvəl vəzifəsindən azad olunmuşdu. Onun mağazaların birindən oğurluq etməsi iddia olunurdu. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra R.Əzizov vəzifəsi ilə vidalaşdı.

Xatırladaq ki, bu, son bir ildə Masallı xəstəxanasında 3-cü rəhbər təyinatıdır. Belə ki, yanvarın 22-si Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Masallı rayon xəstəxanasında əməliyyat keçirərək direktor Cəlil Nəzərovu həbs edib. C.Nəzərov həm də xəstəxananın baş həkimi idi. Hazırda isə direktor vəzifəsinə təyinat olsa da, baş həkimlə bağlı heç bir qərar yoxdur.

Həmçinin oxuyun: Baş həkim yayılan video ilə bağlı işdən çıxarılıb?
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər