Bu yağdan istifadə edənlərin nəzərinə

bu-yagdan-istifade-edenlerin-nezerine
Oxunma sayı: 11143

“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Кубинская семечка” yağının ekspertizasını keçirib.

Qafqazinfo” xəbər verir ki, qurumun sədri Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini S.Məmmədovanın şikayət ərizəsidir. Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубинская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb.

Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub.

Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубинская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub.