Bunlar da “Omicron”un əlaməti ola bilər

bunlar-da-omicronun-elameti-ola-biler
Oxunma sayı: 6669

Ürək bulanma, qaytarma, qarında ağrı və iştahın olmaması koronavirusun “Omicron” ştamının əlamətləri ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı amerikalı həkim Bill Admayr açıqlayıb.

Onun sözlərinə görə, “Omicron” ştamına yoluxan xəstələrinin əksəriyyəti mədə-bağırsaq pozğunluqlarında qeydə alınan məhz bu simptomlardan şikayət ediblər.

Həkim qeyd edib ki, “Omicron”a yoluxan mədə-bağırsaq problemi olan pasiyentlərdə xəstəliklər getdikcə pisləşir və daha çox simptom yaranır.

Xatırladaq ki, britaniyalı epidemioloq, professor Tim Spektor koronavirusa qarşı peyvənd olunan şəxslər “Omicron” ştamına yoluxduqda hansı simptomlar nümayiş etdirdiklərini açıqlayıb. Bunlar boğaz ağrısı, burun axması, asqırma, yorğunluq və baş ağrısıdır.

Həmçinin oxuyun: ““Omicron” digərlərinə nisbətən ağciyərlərə daha az yayılır”

“Omicron”un alt növünün əsas simptomları açıqlandı