Burada ancaq 687 baldan çox yığanlar oxuyacaq

burada-ancaq-687-baldan-cox-yiganlar-oxuyacaq
Oxunma sayı: 19275

Azərbaycan universitetləri üzrə ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində (BANM) qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov paylaşım edib.

O bildirib ki, BANM-in İnformasiya təhlükəsizliyi ixtisası 687 balla ən yüksək keçid balına malik ixtisas olub.

Rektorun sözlərinə görə, ali məktəb illərdir ki, bu siyahıya başçılıq edir. Belə ki, bundan öncə rekord 685 bal idi.