“Bütün amerikalıların prezidenti olacağam” - Trampın qələbə çıxışı + Video

butun-amerikalilarin-prezidenti-olacagam
Oxunma sayı: 5327

ABŞ-ın yeni prezidenti seçilən milyarder Donald Tramp Nyu-Yorkda tərəfdarlarının qarşısında çıxış edib.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, seçki kampaniyası müddətində həmişə sərt və təhdiddolu açıqlamalar verən Trampın ilk dəfə çox səmimi çıxış etməsi diqqətdən qaçmayıb.

D. Tramp çıxışına ilk öncə rəqibi Hillari Klintonu təbrik etməklə başlayıb: “Hər kəsə çox təşəkkür edirəm. Xanım Klinton mənə telefonla zəng edərək təbrik etdi. Mən də onu və ailəsini təbrik etdim. Çox çətin mübarizə oldu.
Hillari uzun müddət ölkəmiz üçün çalışdı, bunun üçün ona təşəkkür edirəm. Artıq bir araya gəlməyin vaxtıdır. Cumhuriyyətçilər, demokratlar, hamımız birlikdə hərəkət etməliyik. Hər vətəndaşıma söz verirəm ki, bütün amerikalıların prezidenti olacağam. Bu, mənim üçün çox önəmlidir. Məni dəstəkləməyənlərə isə deyim ki, sizin köməyinizdən də yararlanacağam. Bundan sonra ABŞ-da hər bir vətəndaşın potensial gücündən istifadə olunacaq. Bugünə qədər unudulan vətəndaşların heç biri artıq yaddan çıxmayacaq”.