Buzova reanimasiyaya yerləşdirilib

buzova-reanimasiyaya-yerlesdirilib
Oxunma sayı: 4674

Rusiyalı müğənni, aparıcı Olqa Buzova xəstəxanalıq olub.

“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, o, Moskva xəstəxanalarının birində ümumi narkoz altında keçirdiyi ağır əməliyyatdan sonra reanimasiya şöbəsində yatır.

“Dom-2” layihəsinin ulduzu bir sutkadan çoxdur instaqramda aktiv deyil.

Buzovanın anası İrina Aleksandrova ilə əlaqə saxlayan jurnalistlər onun qızının xəstəxanaya yerləşdirilməsindən xəbərsiz olduğunu öyrəniblər.

Öz növbəsində, məşhurun piar direktoru ifaçının xəstəxanada olduğunu təsdiqləyib. O, həmçinin bildirib ki, Buzova həqiqətən əməliyyat olunub, lakin digər təfərrüatları açıqlamayıb.