“Cansağlığından da gözəli azadlıqdır...”

cansagligindan-da-gozeli-azadliqdir
Oxunma sayı: 1103

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamının icrasına bu gündən başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, REAL TV-nin əməkdaşı 12  saylı cəzaçəkmə  müəssisəsində olub. 

Məhkum İsa İbrahimovun qohumları televiziyaya açıqlamasında ölkə Prezidentinə təşəkkür edib. Onlar əfvə düşən qohumları üçün sevindiklərini bildiriblər. 

Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində də icra olunub, 13 məhkum azadlığa buraxılıb.

Sərəncam qadın məhbusların cəza çəkdiyi müəssisədə də icra edilib. Belə ki, 11 qadın evə buraxılıb. 

6 saylı cəzaçəkmə müəssisəsindən isə 40 məhkum azadlığa buraxılıb. 

Keçmiş məhkum Əli Mahmudov bildirib ki, azadlığa çıxdıqdan sonra işləyib ailəsinə baxacaq: “Mən ailəmdən razıyam. İnşallah ki, heç kimin yolu bura düşməsin. Cansağlığından da gözəli azadlıqdır”.