Çavuşoğlu ilə Kuleba Lvovda görüşdü - Fotolar

cavusoglu-ile-kuleba-lvovda-gorusdu
Oxunma sayı: 2769

Ukraynada səfərdə olan Türkiyənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu Lvovda ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri öz tviter hesabında məlumat verib.

“Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha vurğuladıq. Müharibənin başa çatması və davamlı atəşkəsin əldə olunması üçün səylərimiz davam edəcək”, - deyə Çavuşoğlu qeyd edib.