Cəbhədə yenə atəşkəs pozuldu - Atışma başladı

cebhede-yene-ateskes-pozuldu
Oxunma sayı: 5100

Ermənistan ordusu Tərtər ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, aprelin 27-si saat 23:00 radələrindən etibarən erməni silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimizi artilleriya silahlarından atəşə tutmağa başlayıblar.

Hazırda qarşı tərəfin atəşkəsi pozması intensiv olaraq davam edir.

Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir.