Bakıda səfərdə olan, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç və xanımı Alla Kravets bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
"Qafqazinfo" azadinform.az-a istinadən xəbər verir ki, Kraveç Leonid Markoviçi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Ukraynadakı baş koordinatoru Hikmət Cavadov, UABD-nin sədr müavini Murad Cəfərov müşayiət edib.
Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.
Onun vertolyotunda Milli Qəhrəman Çingiz Mustafayev də olub. Çingizin soyqırımla bağlı çəkdiyi həmin kadrları da sözügedən uçuş zamanı lentə alıb. Məlumat üçün bildirək ki, Leonid Markoviçin həmin uçuşla bağlı təəssüratlarından bəhs edən film çəkilib. Film bugünlərdə təqdim olunacaq.




Son xəbərlər
Son Xəbərlər