Cəlal Əliyevin məqaləsi birinci oldu

celal-eliyevin-meqalesi-birinci-oldu
Oxunma sayı: 3408



“Qafqazinfo”nun Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbərə görə, akademik Cəlal Əliyevin Avropa Bitki Bioloqları Cəmiyyətinin rəsmi dövrü nəşri olan nüfuzlu “Physiologia Plantarum” jurnalında çap olunmuş “Buğda və soya genotiplərinin fotosintez, fototənəffüs və məhsuldarlığı”(“Photosynthesis, photorespiration and productivity of wheat and soybean genotypes”) adlı məqaləsi 2012-2013-cü illərdə bu sahədə çap olunan işlər üzrə 20 top siyahıda 1-ci yerə layiq görülüb.

C.Əliyev fototənəffüsün israfçılıq olması haqda indiyədək mövcüd olan fikirlərin əksinə olaraq, sahə şəraitində məhsuldarlığına görə fərqlənən buğda genotiplərində qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi, RBFK/O fermentinin aktivliyini tədqiq edərək, müxtəlif istiqamətlərdə apardığı tədqiqatlar nəticəsində ilk dəfə sübut etmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir. 

Bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. 40 illik gərgin əməyin nəticəsi olan tədqiqat işi qısa bir zamanda dünya alimlərinin diqqətini cəlb etmiş, məqaləni əldə etmək üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər daxil olmuş və məqaləyə çoxsaylı istinadlar edilib. 

Qeyd edək ki, dünyada ilk dəfə olaraq azərbaycanlı alimin məqaləsini əks etdirən görüntü jurnalın üz qabığında yer almış və ilk iş kimi çap olunub.