8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanları, ərazi nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Aksiya çərçivəsində Cəlilabad şəhəri Qurtuluş küçəsində 300-dən artıq müxtəlif növ ağac əkilib və suvarma işləri aparılıb. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, əkilən ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.






Son xəbərlər
Son Xəbərlər