“Çelsi”ni tərk etməklə səhvə yol verdim”

celsini-terk-etmekle-sehve-yol-verdim
Oxunma sayı: 2291

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Çelsi”dən “Yuventus”a keçdiyi üçün peşman olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssis bu addımının səhv olduğunu etiraf edib:

“Yuventus”da məndən Çempionlar Liqasını qazanmağımı istəyirdilər. Bu, aydın idi. Orada İtaliya A seriyasını qazanmağı bacardım. Rəhbərlik oyun tərzini dəyişmək istədi, lakin onların qətiyyəti yox idi. “Çelsi”ni tərk etməklə səhvə yol verdim. İtaliyaya dönmək doğru qərar deyildi”.