Çempionlar Liqasının qalibi müəyyənləşdi - Video

cempionlar-liqasinin-qalibi-mueyyenlesdi
Oxunma sayı: 5810

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəlib.

Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Çelsi”nin futbolçusu Havertsin 42-ci dəqiqədə vurduğu qol London təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb. Bununla da “zadəganlar” Çempionlar Liqasının qalibi olub.

UEFA Çempionlar Liqası
Final
29 may

Mançester Siti – Çelsi 0:1
Qol: K.Haverts, 42.
Baş hakim: Antonio Mateu Laos (İspaniya).