İranda nüvə obyektlərinə edilən hücumdan sonra Azərbaycanda radiasiya səviyyəsinin ölçülməsi ilə bağlı tədbirlər görülür.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin əməkdaşları Astaraya ezam olunublar.
Məlumata görə, sözügedən departamentin əməkdaşları sərhədyanı ərazidə radiasiya fonunu ölçmək üçün əraziyə göndəriliblər.
Artıq Astara sərhəd zonasında ilkin tədqiqatlar başa çatıb. Departament əməkdaşları hazırda Azərbaycanın digər bölgələrində monitorinqləri davam etdirirlər.
Surxay Şahbazov