Ceyhun Bayramov Hakan Fidanı belə qarşıladı - Fotolar - Yenilənib

ceyhun-bayramov-hakan-fidani-bele-qarsiladi
Oxunma sayı: 6126

Xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan türkiyəli həmkarı Hakan Fidan arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

C. Bayramov Xarici İşlər Nazirliyində H. Fidanı qarşılayıb.

***

Tərəflər arasında təkbətək görüş olub.

***

Ceyhun Bayramovla Hakan Fidan qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan Azərbaycan-Türkiyə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini müzakirə etmək üçün geniş tərkibdə görüş keçirib.