Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü baş tutmayıb

ceyhun-bayramovla-ararat-mirzoyanin-gorusu-bas-tutmayib
Oxunma sayı: 2623

Azərbaycan xarici işləri naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində görüş olmayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində dekabrın 3-də İsveçdə görüşün keçiriləcəyi bildirilirdi.