Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu

ceyhun-kazimov-yuksek-vezifeye-teyin-olundu
Oxunma sayı: 10099

Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

“Qafqazinfo”nun məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Kazımova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.