Ceyhunun ailəsi ilə qəzaya düşdüyü maşının son - Fotoları

ceyhunun-ailesi-ile-qezaya-dusduyu-masinin-son
Oxunma sayı: 3133

Tanınmış jurnalist, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

“Qafqazinfo” Report-a istinadən xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” aşıb.
 
Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb. 

***

Bu gün səhər ailəsi ilə birgə qəzaya düşən tanınmış jurnalist Ceyhun Musaoğlu baş verən hadisə ilə bağlı açıqlama verib.

O, Lent.az-a bildirib ki, hazırda özü və ailə üzvləri evdədirlər, ciddi xəsarət almayıblar və özlərini yaxşı hiss edirlər:

"Hadisə Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində baş verib. Həmin yerdə olan "stop" işarəsi ağacların arasında gizləndiyinə görə görünmür, bu da ciddi problemə səbəb olur. Sağ tərəfdən gələn "KİA"nı mən heç görmədim. Qəza zamanı mənim maşınım bir dəfə aşdı, təkərləri göydə qaldı. Sağ olsun ərazidən keçən insanlar, yardım elədilər".

C. Musaoğlu deyib ki, toqquşduğu "KİA"nın sürücüsü ilə "facebook"da dostdur: "Hətta bir müddət əvvəl danışdıq ki, yaxın zamanlarda görüşək. "Görüş" də indi oldu".