Türkiyədə “Show TV”də yayımlanan “Delikanlı” serialının aktyor heyətinə yeni və diqqətçəkən bir ad əlavə olunub.
“Qafqazinfo” xəbər verir ki, məşhur aktyor Fırat Tanış layihəyə qoşularaq serialda mühüm rol canlandıracaq.
Məlumata görə, Tanış serialın gələcək bölümlərində “Miran” obrazı ilə tamaşaçı qarşısına çıxacaq. Yeni obrazın hekayədə güc balansını dəyişdirəcəyi bildirilir.
Ssenariyə əsasən, Miran obrazı Yusif (Mert Ramazan Demir) üçün mentor rolunu oynayacaq, eyni zamanda, Sarp (Salih Bademci) üçün keçmişdən gələn rəqib kimi təqdim ediləcək.
Miran obrazının hekayəyə üçüncü bölümdən etibarən daxil olacağı və əsas xətlərdən birini formalaşdıracağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər